İraqın Ərbil şəhərinin beynəlxalq hava limanı ərazisində yerləşən ABŞ hərbi bazasına hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi general Yəhya Rəsul bildirib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatının hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
Y.Rəsul qeyd edib ki, hücum nəticəsində hava limanının fəaliyyəti pozulub, bu da mülki uçuşların cədvəlinə təsir edib. O, hadisəni terror aktı adlandırıb.