ABŞ Konqresinin binasında terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi 20 illik həbs cəzası gözləyir.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, 20 yaşlı Kristofer Li Kornuelə qarşı rəsmən ittiham irəli sürülüb.
Kornuel Vaşinqtonda Konqresin binasına hücum edərək qanunvericilərə atəş açmaq və partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinərək dekabrın 15-də Ohayo ştatında Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həbs edilmişdi.