Danimarka kraliçası II Marqret Yeni il ilə bağlı müraciətdə oğlu, vəliəhd şahzadə Frederikin xeyrinə taxtdan imtina edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 83 yaşlı kraliça 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra tacı miras almasından düz 52 il keçəndən sonra yanvarın 14-də taxtdan imtina edəcək.
Bu, Danimarka tarixində ən uzun hökmranlıq müddəti olub.