Rusiyanın Lipetsk vilayəti üzərində hava hücumundan müdafiə sistemləri Ukrayna ərazisindən atılan S-200 zenit-raket kompleksinin qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yerüstü hədəfləri məhv etməyə proqramlaşdırılan S-200 zenit-raket kompleksi ilə Ukraynanın Rusiya Federasiyası ərazisinə hücumunun qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Lipetsk vilayəti üzərində Ukrayna raketini ələ keçirə bilib", - məlumatda qeyd edilib.