Sov.İKP Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovun nəvəsi Nikita Xruşşov Moskvada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, dostu onunla əlaqə yarada bilmədiyi üçün hüquq-mühafizə orqanlarına və həkimlərə zəng edib. Mənzilin qapısını da heç kim açmayıb.
Nəşr Nikita Xruşşovun nəvəsinin evindəki vəziyyəti lentə alıb. Görüntülərdə binanın yaxınlığında polis maşını və təcili yardım maşınının dayandığı da görünür.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Qeyd edək ki, Nikita Xruşşov babasının adını daşıyırdı.//Report