6 Yanvar 23:23
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynadakı “Patriot” zenit-raket komplekslərini bir müddət raketlərlə təmin edə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” Ağ Ev və Pentaqon rəsmilərinə istinadla məlumat yayıb.

Bundan əvvəl “The New York Times” yazıb ki, Kiyevin müttəfiqlərinin yeni əks-hücum əməliyyatına başlamaq üçün lazımi texnika və silahları yoxdur.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Konqres bu məqsədlər üçün əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, Ağ Ev administrasiyası 2024-cü ilin yanvarından Ukraynaya yeni silah paketləri ötürmək imkanını itirəcək. Onun sözlərinə görə, ABŞ artıq Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərə bilməyəcək. Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatları azalmağa başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər