İtaliyanın “Leonardo” şirkəti tərəfindən hazırlanan “Astore” PUA-ları Türkiyə istehsalı (“Roketsan”) “Cirit” raketi ilə silahlanacaq.
Teleqraf.com xəbər verir ki, türk silahı ilə gücləndiriləcək PUA İtaliya Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.
İtaliya “Astore” draonları ilə ABŞ-dən MQ-9 “Blok 5” PUA-larının tədarükü başlayana qədər fərqi aradan qaldırmağı hədəfləyir.
İtaliyanın “Bayraktar TB2” PUA-ları ilə də maraqlandığı açıqlanmışdı. Mütəxəssislər “Bayraktar”ın “Astore” dronlarından qat-qat yüksək imkanlara malik olduğunu deyirlər.
“Cirit” hücum helikopterlərindən yüngül zirehli-zirehsiz, sabit və hərəkət edən hədəflərə qarşı istifadə edilən yüksək dəqiqlikli raketdir. Yeni nəsil raket olan “Cirit” tank əleyhinə raketlər sahəsində taktiki boşluğu doldurmaq üçün hazırlanıb. Hazırda “Atak”, “SuperCobra” kimi hücum helikopterlərində istifadə olunur.