13 Yanvar 12:27
2 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasındakı müharibə 2025-ci ildən sonra da davam edə bilər.

Teleqraf.com xəbər verir ki, bu fikri NATO baş katibinin müavini Mirça Coana deyib.

"Mən sizi uzun bir müharibəyə hazırlaşmağa çağırıram. Müharibə bu il də başa çatmayacaq. Heç bir tərəf həlledici qələbəyə nail ola bilməyəcək. Kiçik əks-hücumlar, qazanılan və itirilən ərazilər uğrunda mübarizə gedəcək.

Ukraynanın səylərini maliyyələşdirmək baxımından böyük çətinliklərlə üzləşəcəyik. Bizim o qədər də maliyyə problemimiz yoxdur. Əsasən Avropada sənaye potensialı problemi var. Çünki 30 il ərzində biz sülh dividendləri topladıq və müharibə bitdikdən sonra hər şeyin sakit olacağını düşünürdük”, - Mirça Coana bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər