PKK terror təşkilatı Türkiyədə mövqelərini itirib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Qonşularımız terrorla mübarizəmizi dəstəkləməlidir. İdarə edənləri nöqtə əməliyyatları ilə aradan qaldırırıq. “Kürdüstan Vətənpərvərlər Birliyi” bölgədə (İraqda – red.) təşkilata yer açıb. PKK Türkiyədə mövqelərini itirib. Separatçı təşkilat İraqda təsirini artırmağa çalışır”, - nazir bildirib.
Hakan Fidanın çıxışında diqqət çəkən digər məqamlar:
“Sülh və təhlükəsizlik xarici siyasətimizin prioritetidir. Bu, region ölkələrinin sülh və əmin-amanlığı üçün zəruridir. “Soyuq müharibə” dövründə bir-birləri ilə döyüşə bilməyən düşərgələr proksi qüvvələrlə döyüşə girirdilər, eyni ssenarini Türkiyədə də həyata keçirməyə çalışdılar. Hökumətlərimiz terrorla mübarizədə bu planları pozaraq, köləlik köynəyini cırıb atıb.
Müstəqillik və təhlükəsizlik balansında qızıl nisbət əldə edilib. Təşkilat silahlı mövcudluğunu itirib. Ölkəmizin hər bir bölgəsi təhlükəsiz şəraitdə yaşamaq üçün əlverişli hala gəlib. Bu, daha çox Suriya və İraq üçün təhlükəyə çevrilib. Ölkəmizi hədəf alan təşkilatlar bir-birləri ilə qarşılıqlı əlaqədədirlər, lazım olanda əməkdaşlıq edirlər.
Təhlükəni mənbəyində aradan qaldırırıq, bütün infrastrukturunu, onları idarə edənləri bir-bir məhv edirik. İraq və Suriyadakı əməliyyatlarımız BMT-nin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququmuzdan irəli gəlir. Antiterror diplomatiyamızı qətiyyətlə həyata keçiririk”.
Türkiyənin baş diplomatı Qərbdə terror təşkilatına verilən siyasi dəstəyə də diqqət çəkib.