17 Yanvar 16:12
3 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran öz suverenliyi və ərazi bütövlüyünü, eləcə də xalqının hüquqlarını pozan istənilən addıma çox sərt cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin müdafiə naziri, general Məhəmməd Rza Aştiani deyib.

O bildirib ki, Tehran həm Qərb, həm də Şərqdən gələn təhdidlərə cavab verəcək.

“Bu cavab sərt və həlledici olacaq. İran bütün ölkələrin, xüsusən də qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, amma sərhədlərimizdə törədilən təxribatlara mütləq cavab verəcəyik. Rusiya İranın təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib. Rusiyanın müdafiə naziri ilə telefon danışığım olub, bunu təsdiqləyib. Qərara alınıb ki, Rusiya təhlükəsizliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı məsələlərə tam əməl edəcəyini imzalamalıdır”, - Aştiani vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər