17 Yanvar 16:21
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin “Ənsarallah” Hərəkatı (Husilər) İrandan əmr və göstəriş almır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdulahiyan çıxış edib.

“Fələstin xalqını qoruyan Yəmən xalqı və digər region dövlətləri öz təcrübələri əsasında və öz maraqlarına əsaslanaraq hərəkət edirlər, bizdən heç bir əmr və göstəriş almırlar”, - nazir deyib.

Abdullahiyan həmçinin Qırmızı dənizdə təhlükəsizliyin İran üçün də vacib olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər