18 Yanvar 17:57
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi İran və Pakistan arasındakı gərginliklə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, rəsmi Ankara ölkələri problemləri dinc yolla həll etməyə çağırıb.

“İranın İraqdakı müəyyən hədəflərə hücumları ilə başlayan, daha sonra İranın Pakistan, Pakistanın da İran daxilindəki bəzi hədəflərə hücumları ilə genişlənən gəlişmələrdən narahatıq.

Hesab edirik ki, problemlər dostluq və qardaşlıq anlayışı ilə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında, beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə də BMT Nizamnaməsi çərçivəsində həll edilməlidir. Ümid edirik ki, bütün məsələlər regional təhlükəsizlik və sabitliyi daha da təhdid etmədən dialoq və əməkdaşlıq yolu ilə həll olunacaq.

Dostlarımız və qardaşlarımız İran, İraq və Pakistanı yumşaq və sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq. Türkiyə öz təcrübəsini bölüşməyə və mübahisələrin sülh yolu ilə həlli ilə bağlı region ölkələrinə töhfə verməyə hazırdır”, - nazirlik bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər