22 Yanvar 01:13
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub.

Teleqraf.coç xəbər verir ki, bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib.

“Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub”, – o açıqlayıb.

Hersoginyanın nümayəndəsi əlavə edib ki, baş verənlərə baxmayaraq, Sara Ferqüson “yaxşı əhvali-ruhiyyədə qalır”.

2024-cü ilin iyununda Sara Fergusona döş xərçənginin erkən forması diaqnozu qoyulduğu məlum oldu. Bundan sonra həkimlər onun süd vəzini çıxarmaq üçün cərrahi əməliyyat keçiriblər və bu əməliyyat uğurla sonuclanıb.

İngiltərənin hazırkı kralı III Çarlzın qardaşı şahzadə Endrü və Sara Ferqyuson 1986-cı ildə Londondakı Vestminster abbatlığında evləniblər. Cütlüyün iki övladı var: 35 yaşlı şahzadə Beatris və 33 yaşlı şahzadə Yujini. 1996-cı ildə şahzadə Endrü həyat yoldaşından boşanıb, Ferqüson isə York hersoginyası titulunu saxlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər