Almaniyanın Ukraynaya 7 milyard avro yardımı təsdiqləməsi onu deməyə əsas verir ki, ABŞ NATO-dakı müttəfiqlərini yardımı artırmağa məcbur edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Fermerlərinin və digər vətəndaşlarının ciblərini boşaltmağa davam edən Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avro hərbi yardım ayırmaq niyyətindədir. Yardımlarını ikiqat artıracaqlar”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, məntiqli qərardır, çünki ABŞ-nin yardımı azaldıqca, Vaşinqton NATO üzvlərini yardımı daha da artmağa məcbur edir.
Rusiya rəsmisi qeyd edib ki, Berlin israrla digər Avropa Birliyi ölkələrinin də ondan nümunə götürməsini tələb edir.
“Yəqin tək boğulmaq istəmirlər, çünki Avropa Birliyi daxilində Zelenski rejiminin əsas sponsoru olmaq Berlinə baha başa gələcək. Buna görə də, dumanlı gələcək və ABŞ-dən gələn hərbi dəstək fonunda bu qanlı dramın nəticələrini və daha kimlərin bu macəraya sponsor olacağını axtarırlar”, - Zaxarova vurğulayıb.