ABŞ Suriyadakı hərbi qüvvələrini çıxarmır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
“ABŞ Suriyadan qoşunlarını çıxarmır. İstanbulda kilsədə baş verən faciəvi hadisənin də göstərdiyi kimi, İŞİD hələ də bir çox yerlərdə fəaldır. Biz (Türkiyə ilə) onilliklər ərzində terrorla mübarizədə tərəfdaşıq. İŞİD-in harada yerləşməsindən asılı olmayaraq, ona qarşı mübarizədə etibarlı tərəfdaş olmuşuq. Bu, istər İraq, istərsə də Suriyada Türkiyə ilə davam etməlidir”, - ölkə rəsmisi bildirib.
Onun sözlərinə görə, hazırda Vaşinqton və Ankara üçün əməkdaşlığı gücləndirmək həmişəkindən daha vacibdir:
“Bu, İstanbuldakı olay və İordaniyada qüvvələrimizə faciəvi hücumun timsalında göründü. Ona görə də bir-birimizə ehtiyacımız var”.