Böyük Britaniya Fələstin dövlətinin rəsmən tanınması anına yaxınlaşmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
O qeyd edib ki, İsrail HƏMAS-ın ona qarşı hücumlar həyata keçirə bilməyəcəyini və rəhbərliyinin Qəzzadan çıxmasına zəmanət verərək bütün girovların azad edildiyini görməlidir:
“Bu baş verəndə müttəfiqlərimizlə birlikdə və BMT-də Fələstin dövlətinin tanınması məsələsinə baxacağıq. Bu, prosesi geri dönməz hala gətirə biləcək hallardan birinə çevrilə bilər”.
Eyni zamanda, Kemerona görə, yeni Fələstin hökumətinin Qəzzanı idarə edə biləcək texnokrat və yaxşı liderlərlə tez bir zamanda meydana çıxması lazımdır.
Xarici işlər naziri qeyd edib ki, Britaniya Fələstin dövlətinin rəsmən və diplomatik olaraq tanınmasını İsrail və HƏMAS arasında yekun sülh sazişi çərçivəsində yox, danışıqlar zamanı təmin edə bilər.