2 Fevral 12:06
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İordaniyadakı bazasına hücuma görə Suriya və İraqda İrana bağlı qruplaşmalara cavab vermək niyyətini gizlətmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.

“Qəribədir ki, administrasiya nə və necə edəcəkləri ilə bağlı çox açıq danışır”, - məqalədə deyilir.

Agentliyin iddiasına görə, Birləşmiş Ştatlar Suriya və İraqda Tehranla əlaqəli hədəfləri vuracaq, amma İran ərazisinə zərbə endirməyəcək.

“Blumberq” yazır ki, ABŞ-nin Qırmızı dənizdə yerləşən İranın “IRIS Elborz” hərbi gəmisini vuracağına dair ehtimal da var.

Pentaqon rəhbəri Lloyd Ostin bundan əvvəl ABŞ-nin öz ordusuna hücumlara dözməyəcəyini və Yaxın Şərqdə öz qüvvələri və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər