ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kanadada canlı efirdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini xoşagəlməz bir şəkildə parodiya edib.
Teleqraf.com-un məlumatına görə, o, “Növbəti seçkilərdə ölkənin prezidenti olmaq istəyirsinizmi” sualına müsbət cavab verərək, “Bəli, proses mövcuddur” söyləyib.
Xanım Klinton dərhal onu da vurğulayıb ki, vəziyyət heç də Rusiyada Putinin üçüncü dəfə prezident seçilməsi ərəfəsində olduğu kimi deyil:
"O, necə prezidentdir ki, sonradan baş nazir olur? Və daha sonra bir dəfə də özündən soruşur: “Владимир, necə fikirləşirsiniz, siz yenidən prezident olmaq istəyərdiniz”.
Özü deyib özü eşidir ki, bəli, istəyirəm: “Niyə biz bunu sadəcə, elan etməməliyik? Biz Dmitriyə deyəcəyik ki, o baş nazir ola bilər. Çox yaxşı, əla ideyadır. Bəli, bizdə seçki prosesi var".
Nail Cəlil