Şahzadə Harri xərşəng diaqnozu qoyulan atası Kral III Çarlzı ziyarət etmək üçün ABŞ-dən Böyük Britaniyaya getmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.
Həmçinin, onun diaqnozunu müzakirə etmək üçün Çarlz III ilə telefonla əlaqə saxladığı bildirilir.
Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub. Xəstəliyin 75 yaşlı monarxda prostat vəzinin böyüməsi ilə bağlı prosedurlar zamanı aşkarlandığı bildirilir.