7 Fevral 21:51
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ərazisinə Rusiyanın hücum təhlükəsi yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Alyansın gücləndirilməsi münaqişənin dərinləşməsinə yox, sülhün qorunmasına xidmət edir.

Y.Stoltenberq bildirib ki, son illər ayırılan srəmayələr mümkün təhlükənin qarşısını almağa imkan verib.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirmişdi ki, Qərb bütün ssenarilərə hazırlaşır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər