İsrail ordusu HƏMAS-ın 24 batalyonundan 18-ni məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Biz digər 6-nın qalmasına icazə verməyəcəyik”, - deyə o bildirib.
HƏMAS-la İŞİD-i müqayisə edən Netanyahu əlavə edib ki, Fələstin hərəkatı tam məhv edilməzsə, bərpa oluna bilər.