12 Fevral 11:09
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində cəbhədə Ukrayna və Rusiya qüvvələri arasında 100 toqquşma baş verib. Ruslar Novopavlovsk istiqamətində irəliləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İvanivka və Tabayivka qəsəbələri yaxınlığında - Kupyan istiqamətində 2 hücumu dəf edib. Ruslar Liman istiqamətində Luqansk vilayətinin Beloqorivka qəsəbəsinə 3 dəfə hücuma cəhd göstərib. Qarşısı alınan daha 19 hücum isə Donetsk vilayətinin Boqdanivka, İvanovsk, Klişçivka və Andrivka qəsəbələri yaxınlığında - Baxmut istiqamətində qeydə alınıb.

Rusiya ordusu Avdiv şəhərini mühasirəyə almaq cəhdlərindən əl çəkməyib. Ukrayna hərbçiləri gün ərzində bu istiqamətdə qarşı tərəfin 23 hücum cəhdini dayandırıb.

Marin istiqamətində Donetsk vilayətinin Krasnoqorivka, Georgivka, Pobeda və Novomixaylivka kəndləri yaxınlığında döyüşlər davam edir. Bu istiqamətlərdə 32 hücumun qarşısı alınıb. Rusların Novopavlovsk istiqamətində irəlilədikləri də bildirilib. Söhbət Zaporoje vilayətinin Priyutnı şəhərinin şimalına hücumdan gedir ki, bu, cəbhədə yeni istiqamətdir.

Zaporoje vilayətinin Robotin qəsəbəsində də rusların hücumu dəf edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər