Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama yanvarın 27-də Səudiyyə Ərəbistanı Krallığına səfərə gələcək. Teleqraf.com-un məlumatına görə, bu barədə “Frans-Press” agentliyi Ağ Evə istinadən informasiya yayıb.
Səfər çərçivəsində ABŞ prezidentinin Səudiyyə Ərəbistanı Krallığının yeni kralı Salman ibn Əbdül Əziz əl-Səudlə görüşməsi nəzərdə tutulub.