Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl Ömər neft yatağı yaxınlığındakı hərbi baza hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hərbi baza ABŞ hərbçilərinin nəzarəti altındadır.
Bildirilib ki, bazaya bir neçə raket zərbəsi endirilib. Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.
Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilməyib.