Şimali Koreya yenidən Yapon dənizinə bir neçə naməlum qanadlı raket atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.
“Bu gün, fevralın 14-də, təxminən saat 09:00-da (Bakı vaxtı ilə saat 04:00) Şimali Koreyanın Yapon dənizinin (Şərq) şimal-şərqindən bir neçə naməlum qanadlı raket atılıb”, - deyə bəyantda vurğulunıb.
Cənubi Koreya ordusu hazır vəziyyətə gətirilib.
Bu, Şimali Koreyanın son vaxtlar beşinci qanadlı raket sınağıdır.
Yanvarın 24-də Cənubi Koreya ordusu KXDR-nin Sarı dənizə doğru bir neçə qanadlı raket atdığını aşkar edib.