16 Fevral 11:28
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya və Afrika ölkələrinin on minlərlə vətəndaşı Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüşür.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Mərkəz iddia edir ki, Rusiya ərazisində Ukraynaya göndəriləcək əcnəbi muzdlulara təlim verilir. Qeyd olunur ki, Moskva bu şəxslərə 2000-4000 dollar maaş vəd edir.

“Rusiya xüsusi xidmət orqanları Suriya, Nepal, Əfqanıstan, Hindistan, Konqo, Misir və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) vətəndaşlarını fəal şəkildə işə götürür. Ruslar onlardan əsasən hücum xəttində istifadə edirlər”, - məlumatda deyilir.

Mərkəz müharibə başlayandan bəri Rusiya ordusunun 400 000 hərbçisini itirdiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər