6 Mart 12:17
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukrayna siyasətinin uğursuzluğunun izlərini müxtəlif yollarla ört-basdır etməyə çalışır, dövlət katibinin müavini Viktoriya Nulandla bağlı vəziyyət də bundan irəli gəlir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Amerika uğursuzluğunun izlərini ən müxtəlif yollar, o cümlədən istefalar və ixtisarlarla “tarixi yenidən başlatmaq cəhdi” üçün silməyə çalışır:

“Bu, Ukrayna istiqamətində tam uğursuzluq deməkdir. Müxtəlif addımlar atacaqlar, amma bir şey dəyişməz olaraq qalır - davamlılıq əsasında ABŞ-nin müttəfiqlərinə xəyanəti. ABŞ bu məsələdə özünə xəyanət etmir. Artıq bu haqda danışmışıq, Zelenski və ətrafındakılar bu haqda bilməmiş olmazlar”.

Zaxarovanın sözlərinə görə, ABŞ hamıya xəyanət edir, əvvəl hamıya vədlər verir, sonra heç birini yerinə yetirmir.

Diplomat qeyd edib ki, Nulandla bağlı nəzərdə tutulmuş anti-Rusiya siyasəti iflasa uğradığı üçün istefaya göndərilir. Zaxarova Nulandın ABŞ-nin anti-Rusiya siyasətində əsas fiqurlardan biri olduğunu da söyləyib.

Rusiya rəsmisi Nulandın təkcə Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi yox, həm də Amerikanın qurumlararası fəaliyyətdə əsas fiqur olduğuna diqqət çəkib. Həmçinin Nulandı “ABŞ-nin Ukrayna kontekstində Rusiyaya qarşı siyasətinin koordinatoru” adlandırıb.

ABŞ dövlət katibi Entoni Blinken bundan əvvəl Nulandın yaxın həftələrdə istefa verəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu