30 Mart 20:05
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Kutaisi şəhərindən 83 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com