Şimali Koreya ortamənzilli ballistik raket buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Seula görə, buraxılış Pxenyan ərazisindən yerli vaxtla təxminən 06:53-də (Bakı vaxtı ilə 01:53) həyata keçirilib. Daha əvvəl qeyd olunmuşdu ki, KXDR Yapon dənizinə doğru ballistik raket atıb.
Komitə əlavə edib ki, Cənubi Koreya ordusu əlavə buraxılış ehtimallarına qarşı hazırlıq və müşahidə səviyyəsini artırıb. Cənubi Koreya tərəfi ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını vurğulayıb.