2 Aprel 12:26
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşündə F-16 prosesi və Türkiyənin F 35 layihəsi üçün ödədiyi 1.4 milyard dolların geri qaytarılması, terrorla mübarizə, İsrail-HƏMAS savaşının dayandırılması və 100 milyard dollar ticarət hədəfi masada olacaq.

Prezident Ərdoğanın səfər qrafikində İraq da var. Türkiyə lideri bu ölkəyə sonuncu dəfə 2012-ci ildə baş nazir olduğu dövrdə səfər edib. Ərdoğanın İraqa növbəti səfəri aprelin 22-də olacaq. Türkiyənin davam etdirdiyi terrorla mübarizədə əməkdaşlıq baxımından atılacaq addımlar və “İnkişaf Yolu” layihəsinin (nəqliyyat dəhlizləri ilə bağlı) Bağdaddakı görüşlərin ən mühüm mövzuları olacağı gözlənilir.

Martda Türkiyə ilə İraq arasında PKK terror təşkilatına qarşı birgə mübarizəyə dair anlaşma əldə edilib. Türkiyə Silahlı Qüvvələrinin bu çərçivədə yay aylarında İraq ərazisində quru əməliyyatlarına başlayacağı gözlənilir.

Bundan başqa, Ərdoğan mayda Ankarada Türkiyənin normallaşma prosesinə girdiyi Misirin Prezidenti Əbdülfəttah əs-Sisi və Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə mühüm mövzuları müzakirə edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər