6 Aprel 17:31
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvador polisi ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası Meksika səfirliyindən çıxararaq həbs edib. Bu, Meksikanın Ekvadorla əlaqələri kəsməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, iki dəfə korrupsiyada ittiham olunan sabiq vitse-prezident ötən ilin dekabrında Meksikadan siyasi sığınacaq istəyib və Baş Prokurorluq tərəfindən təqib olunduğunu iddia edərək səfirliyə sığınıb.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, Ekvador polisi vitse-prezidenti həbs etməzdən əvvəl səfirliyə zorla daxil olub.

Ekvador prezidentinin ofisi Qlasın həbs olunduğu barədə bəyanat yayıb.

Obrador həbsi beynəlxalq hüquq və Meksikanın suverenliyinin pozulması hesab edərək, Xarici İşlər Nazirliyinə Ekvadorla diplomatik münasibətləri dayandırmağı tapşırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər