Rus qoşunlarının intensiv hücumu yazın sonu, yayın əvvəlinə gözlənilir. Eyni zamanda, düşmən üçün strateji istiqamət Pokrovskdur və onların Donetsk vilayətinin Çasov Yarına qədər irəliləmələri istisna olunmur.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
Onun fikrincə, yazın sonu və yayın əvvəlində Donbasda Rusiyanın hücumları artacaq. Beləki, ruslar Çasov Yarına doğru bir az irəliləyəcəklər, həmçinin strateji istiqaməti olan Pokrovsk istiqamətində hərəkət edəcəklər.
O vurğulayıb ki, ondan öncə cəbhədə ciddi dəyişikliklər olmayacaq.
“Vəziyyət olduqca mürəkkəbdir, lakin nəzarət altındadır”, - deyə Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.