15 Aprel 16:10
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş nazir İrakli Kobaxidzenin ABŞ və Avropa Birliyi (AB) ölkələrin səfirlərini “xarici agentlər haqqında qanun”la bağlı ictimai müzakirəyə dəvət edən bəyanatına cavab verib.

Teleqraf.com xəbər verir ki, prezident Kobaxidze hökumətinin bu təşəbbüsünün AB-yə inteqrasiya prosesinə zərər verə biləcəyini deyib.

Zurabişvili bildirib ki, Berlində Almaniya Kansleri Olaf Şolzla görüş zamanı bu layihənin AB ilə heç bir əlaqəsinin olmadığı dilə gətirilib.

“Artıq Berlində baş nazirlər arasında müzakirə olub. Nə demək lazımdısa deyilib, bu qanun Avropa qanunu deyil. Bunun qaytarılması da (parlamentin müzakirəsinə) elan edilən Avropa məqsədləri üçün sərfəli deyil”, - Gürcüstan prezidenti vurğulayıb.

Zurabişvili bundan əvvəl sözügedən layihəni “Rusiya qanunu” adlandırmışdı.

Ötən ilin martında ilk dəfə parlamentin müzakirəsinə çıxarılan qanun layihəsi Gürcüstanda kütləvi etirazlara səbəb olmuşdu. ABŞ və AB-nin də sərt təpkisi ilə qarşılanan layihə bundan sonra geri götürülmüşdü. Qanun bir neçə gün əvvəl yenidən parlamentə təqdim edilib, Tiflisdə etiraz aksiyaları keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər