30 Yanvar 2015 09:25
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı xarici işlər nazirləri Brüssel görüşündə Rusiyaya Ukraynanın şərqinə müdaxilə ilə əlaqədar mövcud sanksiyaları sentyabra qədər uzadıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, nazirlər həmçinin Avropaİttifaqına üzv ölkələrə səyahət qadağası və bank hesabının dondurulması tətbiq ediləcək şəxslərin əlavə siyahısını hazırlayıb.

Lakin Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar barədə qərar qəbul edilməyib.

Bundan əlavə Avropa İttifaqı nazirləri yeni sanksiyalar və mövcud sanksiyaları davam etdirmək barədə qərarı fevralın 12-də qəbul edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər