23 Aprel 10:39
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk vilayətinin Avdiv şəhərinin şimal-qərbindəki Ukraynanın mövqelərinin dərinliklərinə geniş şəkildə nüfuz etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Ekspertlərin fikrincə, ruslar bir-birini tamamlayan üç missiyanı yerinə yetirməyə çalışırlar: Berdıçı, Oçeretnı və buradan qərbə doğru irəliləmək.

Rusiya qüvvələri hazırda Novokalinove kəndindən şimala doğru irəliləyir. ABŞ institutu hesab edir ki, bütün bu planlar Pokrovsk şəhərinə çıxış yolu ilə Donetsk vilayətini tam ələ keçirməkdir.

Rusiya qoşunları hazırda Berdıçı-Novokalinove xətti boyunca daha geniş sıçrayış əldə etmək üçün hər üç tərəfdən hücumları birləşdirməyə çalışırlar.

Analitiklər ABŞ-nin Ukraynaya yardımı gələnə qədər bu missiyanı tamamlamağa çalışdığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər