31 Yanvar 2015 12:31
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Moskva şəhərində yerləşən İctimai Elmlər üzrə İnformasiya institutunun kitabxanasında 12 saat əvvəl başlanan yanğının qarşısını almaq mümkün olmayıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Yayılan xəbərlərə görə, hadisə ilə əlaqədar fövqəladə çağırış elan edilib. Təxminən 2 min kvadrat metr ərazini əhatə edən yanğının qarşısını almaq üçün 150 ədəd yanğın söndürən maşın hadisə yerinə cəlb edilib.

Hazırda yanğın davam edir. Polis hadisə yerində təhlükəsizlik tədbirlərini gücləndirib. İlkin ehtimallara görə, yanğın elektrik xətlərində yaranan qısaqapanma nəticəsində baş verib.

Qeyd edək ki, əsası 1918-ci ildə qoyulan kitabxana 1969-cu ildən institut kimi fəaliyyət göstərir. Kitabxanda 14 milyon kitab və dövri nəşrlər var.

Samir


Müəllif: