Yunanıstanın EPAM partiyası Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Avropa Parlamentinin deputatlığına namizədi Lyudmila Boqila bildirib.
O qeyd edib ki, Avropa Parlamentinə seçkilərdə iştirak edən Yunanıstanın parlamentdənkənar EPAM (Birləşmiş Xalq Cəbhəsi) partiyası Rusiyanı dəstəkləyir, anti-Rusiya sanksiyalarının ləğvini və Ukraynaya silah göndərilməsinin dayandırılmasını tələb edir.
Avropa Parlamentinə seçkilər iyunun 9-da keçiriləcək, Yunanıstandan 21 deputat seçiləcək, 31 partiya və partiyalar koalisiyasının seçkilərdə iştirakına icazə verilib.