Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Sadovoye kəndində mağazanı atəşə tutması nəticəsində 19 nəfər ölüb, 5 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri mağazaya iki dəfə zərbələr endirib.
Birinci zərbə zamanı zərərçəkən olmayıb.
Sakinlər dağıntıları toplamağa gəldikdə ikinci zərbə endirilib.
Nəticədə xeyli itki olub.