Noyabrda ABŞ-də keçiriləcək seçkilərə hazırlaşan prezidentliyə namizədlər - hazırkı dövlət başçısı Co Bayden və sələfi Donald Tramp arasında ilk teledebat baş tutub.
Teleqraf.com xəbər verir ki, CNN-də yayımlanan debatda siyasətçilər Üçüncü Dünya Müharibəsi təhlükəsindən danışıb, bir-birlərinə qarşı ciddi ittihamlar səsləndiriblər.
Bayden Trampın amerikalıları dünya savaşına aparmağa qadir olduğunu iddia edib.
“Biz Üçüncü Dünya Müharibəsinə hər kəsin təsəvvür edə biləcəyindən daha yaxınıq”, - keçmiş prezident bildirib.
Bayden qeyd edib ki, Tramp seçkidə qalib gələrsə, Üçüncü Dünya Müharibəsi başlaya bilər: “Əgər Üçüncü Dünya Müharibəsini istəyirsənsə, qoy o qalib gəlsin”.
Onun sözlərinə görə, Ukraynadakı müharibə ilə bağlı bir addım dünya münaqişəsinə gətirib çıxara bilər.
“Putin sadəcə Kiyevi alsın, müharibə hazırdır”, - ABŞ prezidenti vurğulayıb.