3 İyul 11:20
4 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın məqsədi sülh yox, Qərbin tapşırığı ilə Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Macarıstan Baş naziri Viktor Orbanın atəşkəs təklifinə Ukraynanın reaksiyasını şərh edərkən deyib.

“Sülhlə bağlı bütün sözlər yalnız gözdən pərdə asmaqdır, bunlar publika üçün səsləndirilən, klişe sözlərdir, memlərdir. Tezis kimi əzbərlənməli və dilə gətirilməli olan sözlərdən danışırıq. Yalnız bir məqsəd var, bunu da kollektiv Qərb bəyan edib, bu da Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır”, - rusiyalı diplomat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər