5 İyul 10:37
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Kursk, Primorsk-Axtarsk vilayətlərindən “Şahid” tipli PUA-larla (İran istehsalı) Ukraynaya hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri hava zərbələrini zərbələrini dəf edib. Nikolayev, Odessa, Xerson, Dnepropetrovsk, Kiyev, Çerniqov və Çerkassı vilayətlərinə atılan 32 “Şahid”in hamısı vurulub.

“Yüz faizlik nəticə üçün təşəkkür edirik”, - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Mikola Oleşuk Teleqram kanalında yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu