8 İyul 16:14
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanla sərhədində (Tavuş-Qazax) yerləşən Rusiya hərbçiləri ərazidən çıxıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat verib.

“Voskepar kəndindən öyrəndim ki, təxminən 10 gün əvvəl Rusiya hərbçiləri Voskepar sərhəd zolağında tikilmiş kazarmaları Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Oradakı 20-30 nəfərlik Rusiya kontingenti çıxarılıb. Rusiya tərəfi modul tipli kazarmaları Ermənistana baha qiymətə satmağa çalışsa da, sövdələşmə baş tutmayıb. Ruslar kazarmaları sökəcəklər”, - jurnalist bildirib.

Sərkisyan qeyd edib ki, Rusiya hərbçiləri Voskepar sərhəd zolağında 2021-ci il avqustun 2-də yerləşmişdilər:

“Rus hərbçiləri əvvəlcə Voskepardakı boş evlərdən birində yaşayıblar, sonra Ermənistan hökumətinin təklifi ilə ayrılan torpaq sahəsində kazarma tikiblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər