5 İyul 10:16
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Baş naziri Rişi Sunakın partiyası (Mühafizəkarlar) parlament seçkilərində məğlub olub.

Teleqraf.com xəbər verir ki, baş nazir artıq məğlubiyyətini etiraf edib.

Son məlumata görə, dairələr üzrə nəticələrin rəsmi hesablanması Leyboristlərin 390 mandat qazandığını təsdiqləyir, bu da minimum 326 mandatdan çoxdur.

Qalib gəldiyi seçki dairəsi üzrə nəticələr açıqlandıqdan sonra Sunak qısa açıqlama verərək Leyboristlər Partiyasının seçkilərdə qalib gəldiyini deyərək, partiya lideri Keyr Starmerə zəng edərək onu qələbə münasibətilə təbrik edib.

“Londona gedəcəm, orada əlimdən gələni etdiyim baş nazir ofisindən ayrılmazdan əvvəl bugünkü nəticə haqqında daha çox düşünəcəm. Bu gün hakimiyyət xoş niyyətlə, dinc və nizamlı şəkildə əllərini dəyişəcək. Britaniya xalqı bu gecə öz hökmünü verdi və mən məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm”, - Sunak vurğulayıb.

Leyboristlərin lideri Starmer ölkənin növbəti baş naziri olacaq. O, seçkilərdə qələbəsini şərh edərkən bildirib ki, ölkə dəyişikliyə səs verib və partiyasının bunu həyata keçirməsinin vaxtı çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər