Çin Tayvan adasının administrasiyasını silahla təchiz etdiyinə görə ABŞ-ın bir sıra hərbi sənaye şirkətlərinə və onların rəhbərlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan hesabatda deyilir.
“Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan etdi. Bu da Vahid Çin prinsipini və Çin-ABŞ birgə kommünikesini ciddi şəkildə pozur. Bu addım Çinin daxili işlərinə ciddi müdaxilədir, onun suverenliyinə və ərazi bütövlüyünə ciddi zərbədir".
Sanksiyalar Anduril Corporation, Maritime Tactical Systems Corporation, Pacific Rim Defense Corporation, AEVEX Aerospace Corporation, LKD Aerospace Corporation və Summit Technology Corporation şirkətlərinə qarşı tətbiq olunacaq. Onların aktivləri və əmlakı Çində dondurulacaq. Bundan əlavə, bu müəssisələrin 11 menecerinin adı siyahıya salınıb. Onların Çinə, o cümlədən Honq Konq və Makaoya girişi qadağan ediləcək.