12 İyul 21:16
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

2054-cü ildə Hindistanın əhalisi 1,7 milyard nəfər olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (UNFPA) "Dünya Əhalisinin 2024-cü il vəziyyəti" adlı hesabatında qeyd olunub.

Hesabatda Hindistanın bu il əhalisinin 1,45 milyard olacağı təxmin edilir. Hindistan əhalisi 2054-cü ildə 1,7 milyarda çatacaq.

Hesabatda dünya əhalisinin yaxın 50-60 ildə artmağa davam edəcəyi və 2080-ci illərdə bu rəqəmin təxminən 10,3 milyarda çatacağı proqnozlaşdırılır.


Müəllif: Arzu

Oxşar xəbərlər