Bayden prezidentliyə namizəd Robert Kennedinin təhlükəsizliyini təmin etməyi əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas "Reuters" agentliyinə bildirib.
Bu qərar siyasətçinin seçki yarışında müstəqil namizəd kimi iştirak etdiyi üçün verilib.
Bundan əvvəl Donald Tramp da ABŞ Məxfi Xidmətinə oxşar müraciət edib.