Rumıniyada turistin ölümündən sonra qonur ayıların məhv edilməsi ilə bağlı qərar verilib.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Rumıniya parlamenti təsdiqləyib.
Qərarın lehinə 214 deputat, əleyhinə 7 deputat səs verib, 23 deputat isə bitərəf qalıb. Bu qərara əsasən, 2024 və 2025-ci illərdə Rumıniyada təxminən 480 qonur ayı öldürüləcək.
Xatırladaq ki, ötən həftə ayı hücumundan sonra 19 yaşlı turistin ölümü Rumıniyada qızğın müzakirələrə səbəb olub. Prezident Klaus İohannis hadisədən qısa müddət sonra ölkədə ayıların sayının çox olduğunu bildirib. Bundan sonra ölkənin baş naziri Marsel Ciyolaku parlamenti təcili iclas üçün yay tətilindən geri çağırıb. İclasda qonur ayıların saylarına nəzarət etməklə bağlı qanuna baxılıb.
Ölkə statistikasına görə, ayılar son 20 ildə 26 nəfəri öldürüb, 274 nəfəri isə ağır yaralayıb.