ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəkləyib
Teleqraf.com xəbər verir ki, bu barədə Bill Klinton "X" səhifəsində paylaşım edib.
Paylaşımda onlar Baydenə qoşulduqlarını və namizəd kimi Kamala Harrisi dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.