İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Qəni HƏMAS lideri İsmayıl Haniyənin qətlinə görə məsuliyyəti İsrailin daşıdığı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, diplomat İsrailə sərt cavabın veriləcəyini söyləyib.
“İsrail qəddar davranışının təhlükəsizlik sahəsində ciddi nəticələrə səbəb olacağını anlaması üçün qəti və qəddar cavab almalıdır”, - Qəni bildirib.