8 Avqust 23:14
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücumu nəticəsində Avropaya bütün qaz nəqli dayandırıla bilər".

Teleqraf.com xəbər verir ki, Ukrayna ordusunun əməliyyatının məqsədləri barədə yazan "The Washington Post"un (WP) iddiasına görə, Kiyev Rusiya qazının Avropaya bütün tədarüklərini dayandırmaqda maraqlıdır.

O da bildirilir ki, ABŞ Kiyevin Kursk vilayətində əməliyyat keçirməsinə qarşı deyil.

Xatırladaq ki, daha əvvəl USQ-nin Ali Baş Komandanı Aleksandr Sırski NATO-nun Avropadakı qüvvələrinin baş komandanı Kristofer Kavoliyə zəng edib. Ukraynalı general göstərilən köməyə görə alyansa təşəkkür edib və Kiyevin hərbi ehtiyaclarından danışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər